Vüsal Kərimov
Bloqa qayıt
Məqalələr · 5 min read

The Revenue Architecture: Marketinq, Satış, CRM və Məhsul vahid sistem kimi işləməlidir.

Revenue yalnız satış komandasının nəticəsi deyil. O, marketinqdən başlayaraq satış, CRM, məhsul, xidmət, analitika və maliyyə arasında qurulan vahid sistemin nəticəsidir.

The Revenue Architecture: Marketinq, Satış, CRM və Məhsul vahid sistem kimi işləməlidir.

Təsəvvür edin:

Marketinq komandası ay ərzində minlərlə lead yaradıb və hesabatda nəticələr yaxşı görünür.

Sales həmin lead-lərin böyük hissəsinin keyfiyyətsiz olduğunu deyir.

CRM-də opportunity-lərin bir qismi yenilənməyib, itirilmiş satışların səbəbləri isə “digər” kimi qeyd edilib.

Məhsul komandası müştəriyə satış zamanı hansı vədlərin verildiyini bilmir.

Customer Service eyni problemlə bağlı hər həftə onlarla müraciət alır, amma bu məlumat məhsul backlog-una sistemli şəkildə ötürülmür.

Finance isə satış proqnozunun niyə yenidən səhv çıxdığını soruşur.

Maraqlı tərəfi budur ki, ayrı-ayrılıqda bütün departamentlərin izahı məntiqli səslənir. Hətta onların hesabatları da uğurlu görünə bilər.

Amma şirkət revenue target-a çatmır.

Bu, təkcə marketinq, satış və ya məhsul problemi deyil.

Bu, sistem dizaynı problemidir.

BCG-nin B2B go-to-market funksiyaları üzrə araşdırmasında marketoloqların 52%-i marketinq və satış arasındakı uyğunsuzluğu data-driven marketinqdən tam istifadə etməyə mane olan əsas baryerlərdən biri kimi göstərib. Şirkətlərin yalnız 16%-nin marketinq datasından real vaxtda qərarvermə üçün istifadə etdiyi qeyd olunur.

Accenture-ın enterprise alıcılarla apardığı araşdırmada isə respondentlərin 50%-i B2B alış prosesində əməkdaşlıq və funksiyalararası mürəkkəbliyin qərarverməni çətinləşdirdiyini, 65%-i isə təchizatçıların alış prosesini asanlaşdırmaq üçün daha çox iş görə biləcəyini bildirib.

Problem sadəcə departamentlərin bir-biri ilə az danışması deyil.

Problem ondadır ki, onlar çox vaxt:

  • fərqli məqsədləri optimallaşdırır;

  • fərqli məlumatlara baxır;

  • eyni müştərini fərqli şəkildə tanıyır;

  • uğuru fərqli təriflərlə ölçür;

  • prosesin yalnız özlərinə aid hissəsinə cavabdeh olur.

Nəticədə müştəri üçün bir journey olan proses şirkətin daxilində beş-altı ayrı prosesə parçalanır.

Revenue satış departamentinin yaratdığı nəticə deyil

Ənənəvi yanaşma belə izah olunur:

Marketing lead yaradır.
Sales həmin lead-i satışa çevirir.
CRM prosesi idarə edir.
Product retention yaradır.
Analytics nəticələri optimallaşdırır.

Bu izah başlanğıc üçün faydalıdır. Amma müasir biznes üçün yetərli deyil.

Çünki real həyatda proses bu qədər xətti deyil.

Məhsulun keyfiyyəti və bazardakı reputasiyası marketinqin lead yaratmaq qabiliyyətinə təsir edir.

Sales görüşlərində toplanan məlumat marketinq mesajlarını və məhsul roadmap-ini dəyişməlidir.

Müştərinin məhsul daxilindəki davranışı cross-sell və upsell imkanlarını müəyyən edir.

Customer Service-də təkrarlanan problemlər churn-un marketinq kampaniyası ilə deyil, məhsul dəyişikliyi ilə həll olunmalı olduğunu göstərir.

CRM-dəki satış məlumatları məhsula ötürülmürsə, Product bazarın əsl ehtiyacları əvəzinə daxili fərziyyələr əsasında inkişaf edir.

Deməli, bu funksiyalar estafet yarışındakı kimi bir-birinə “lead”, “müqavilə” və “müştəri” ötürən ayrı komandalar deyil. Onlar daha çox eyni orqanizmin sinir sistemi kimi işləməlidir: məlumat hər iki istiqamətdə, davamlı və kontekstini itirmədən hərəkət etməlidir.

BCG də müasir customer journey-lərin klassik, ardıcıl funnel modeli ilə tam izah edilə bilmədiyini vurğulayır. İnsanlar eyni anda araşdırır, müqayisə edir, kontent izləyir, alış edir və yenidən qərarlarını qiymətləndirirlər. Buna görə şirkətlər xətti funnel əvəzinə bir-birinə təsir edən davranışları və touchpoint-ləri nəzərə almalıdır.

Revenue Architecture nədir?

Məqaləmdə Revenue Architecture dedikdə bazardakı marağın mənfəətli və davamlı müştəri dəyərinə çevrilməsini təmin edən bütün struktur nəzərdə tutulur:

Kim, hansı mərhələdə, hansı məlumat əsasında, hansı qərarı verir, həmin qərar hansı sistemdə icra olunur və nəticə hansı biznes göstəricisi ilə ölçülür?

Revenue Architecture aşağıdakı elementlərin bir sistem kimi dizayn edilməsidir:

Growth Strategy + Customer Lifecycle + Operating Model + Data + Technology + Unit Economics + Feedback Loops

Bu, sadəcə yeni bir departament yaratmaq deyil.

Bu, marketinq, satış, CRM, məhsul, xidmət, analitika və maliyyənin eyni kommersiya məntiqi ilə işləməsini təmin etməkdir.

İdarəetmə metaforası kimi revenue-ni belə təsəvvür etmək olar:

Revenue potensialı = Demand Quality × Conversion × Activation × Retention × Expansion × Margin

Bu, mühasibat formulu deyil. Lakin vacib bir həqiqəti göstərir: sistemin bir hissəsi ciddi şəkildə zəifdirsə, digər departamentlərin yüksək performansı yekun nəticəni xilas etməyə bilər.

Marketinq daha çox lead gətirə bilər. Amma həmin lead-lər uyğun ICP-dən deyilsə, Sales-in conversion-u aşağı düşəcək.

Sales daha çox müqavilə bağlaya bilər. Amma yanlış gözləntilər yaradılırsa, onboarding və retention pisləşəcək.

Product daha çox feature buraxa bilər. Amma həmin feature-lər activation və müştəri dəyəri yaratmırsa, biznes nəticəsi dəyişməyəcək.

CRM daha çox avtomatlaşdırma qura bilər. Amma prosesin özü yanlış dizayn qurulubsa, şirkət sadəcə yanlış prosesi daha sürətli icra edəcək.

Revenue Architecture nə deyil?

Anlayış

Əsas funksiyası

Niyə təkbaşına kifayət etmir?

Sales Funnel

Müştərinin mərhələlər üzrə hərəkətini vizuallaşdırır

Məlumat, rol, texnologiya və feedback mexanizmini müəyyən etmir

CRM

Müştəri və opportunity məlumatlarını saxlayır və prosesi dəstəkləyir

Düzgün proses, data ownership və adoption yoxdursa, sadəcə database olur

RevOps

Revenue ilə əlaqəli funksiyaları, prosesi və datanı uyğunlaşdırır

Bəzi şirkətlərdə yalnız Sales Operations və reporting səviyyəsində qalır

Go-to-market strategy

Məhsulun hansı bazara, kimə və necə satılacağını müəyyən edir

Satışdan sonrakı activation, retention və expansion hissəsini tam əhatə etməyə bilər

Customer Journey Map

Müştərinin touchpoint və təcrübələrini göstərir

Kommersiya məsuliyyətlərini və sistem arxitekturasını özü müəyyən etmir

Revenue Architecture

Bütün lifecycle boyunca gəlirin necə yaradıldığını, qorunduğunu və böyüdüldüyünü dizayn edir

Strategiya, proses, insan, data, texnologiya və iqtisadiyyatı birlikdə tələb edir

RevOps Revenue Architecture daxilində əsas əməliyyat mexanizmlərindən biridir. Lakin Revenue Architecture daha geniş çərçivədir.

Accenture RevOps-u marketinq, satış, customer success və digər revenue funksiyalarını birləşdirərək bütün customer journey-ni optimallaşdıran strateji model kimi təqdim edir. Accenture-dən oxuduğum məlumatlara görə, təşkilatların böyük hissəsi artıq müəyyən səviyyədə RevOps transformasiyasına başlayıb.

Lakin şirkətdə “RevOps Manager” və ya “Revenue Operations” adlı komandanın olması avtomatik olaraq vahid revenue sistemi demək deyil.

CRM yenə də natamamdırsa, Product sales insight-larını almırsa, Marketing pipeline keyfiyyətinə cavabdeh deyilsə və Sales yalnız müqavilə məbləğinə görə bonus alırsa, prosesin adı dəyişib, arxitekturası isə dəyişməyib.

Revenue Engine-in beş əsas hissəsi

1. Marketing — lead fabriki yox, demand intelligence sistemi

Marketinqin rolu yalnız lead yaratmaq kimi müəyyən ediləndə komanda ən rahat optimallaşdıra bildiyi göstəricilərə yönəlir:

  • form submission;

  • download;

  • registration;

  • CPC;

  • MQL sayı;

  • tədbir iştirakçısı;

  • website traffic.

Bu göstəricilər lazımdır. Amma onlar marketinqin biznesə verdiyi yekun töhfə deyil.

Revenue Architecture daxilində marketinqin əsas vəzifəsi dörd hissədən ibarətdir:

Bazarı anlamaq, tələbi formalaşdırmaq, mövcud tələbi aşkar etmək və düzgün kommersiya konteksti yaratmaq.

Marketinq aşağıdakı suallara cavab verməlidir:

Hansı seqmentdə həll edə biləcəyimiz real və kifayət qədər böyük problem var?

Hansı şirkətlər və şəxslər bizim üçün ideal müştəri profilinə uyğundur?

Onların qərarverməsinə hansı biznes hadisələri təsir edir?

Hansı mesajlar sadəcə klik deyil, satış danışığı yaradır?

Hansı kanaldan gələn müştərilər daha yüksək win rate, retention və lifetime value göstərir?

Hansı kontent Sales görüşünü asanlaşdırır?

Hansı objection-lar bazarda təkrarlanır?

Marketinqin Sales-ə ötürdüyü əsas məhsul lead deyil.

Marketinq Sales-ə kontekst ötürməlidir.

Bu kontekstə aşağıdakılar daxil olur:

  • şirkət və ya müştəri seqmenti;

  • maraq göstərilən problem;

  • baxılan məhsul və xidmətlər;

  • istifadə edilən kontent;

  • qərarvermə rolu;

  • intent siqnalları;

  • acquisition source;

  • engagement tarixçəsi;

  • lead scoring səbəbi;

  • gözlənilən növbəti addım.

Sadəcə ad, telefon və email ünvanı Sales üçün yetərli kontekst deyil.

Marketing “lead yaratdım” deyə bilər. Sales isə həmin şəxsin niyə maraq göstərdiyini, hansı problemi həll etmək istədiyini və ona necə yanaşmalı olduğunu bilmirsə, əslində sistem uğurlu olmayıb. Sadəcə natamam data yaradıb.

2. Sales — müqavilə bağlayan komanda yox, dəyəri diaqnostika edən sistem

Güclü Sales komandasının işi müştərini razı salmaqdan əvvəl onu anlamaqdır.

Sales aşağıdakıları müəyyən etməlidir:

  • müştərinin real problemi nədir;

  • həmin problemin biznesə təsiri nə qədərdir;

  • qərarı kimlər verir;

  • alternativ həllər hansılardır;

  • qərarın gecikməsi nə ilə nəticələnir;

  • uğurun ölçülə bilən tərifi nədir;

  • şirkətin həlli həmin nəticəni necə yaradacaq;

  • hansı risklər və asılılıqlar var.

Bu məlumat yalnız satış nümayəndəsinin şəxsi qeydlərində və ya yaddaşında qalmamalıdır. Çünki Sales görüşləri şirkətin ən dəyərli market research mənbələrindən biridir. İtirilmiş opportunity-lər düzgün təsnif olunarsa, Product bazarda çatışmayan funksionallıqları görə bilər. Objection-lar sistemləşdirilərsə, Marketing daha güclü kontent və positioning hazırlaya bilər. Müqavilələrin gecikmə səbəbləri analiz edilərsə, hüquqi, texniki və pricing prosesləri yaxşılaşdırıla bilər.

Sales-in Revenue Architecture daxilində ikinci kritik output-u müqavilə deyil.

Sales, Product və Delivery komandasına strukturlaşdırılmış müştəri vədi ötürməlidir.

Bu vədin içində olur:

  • alınan məhsul və ya xidmət;

  • həll edilməli biznes problemi;

  • razılaşdırılmış scope;

  • müştərinin uğur meyarları;

  • əsas stakeholder-lər;

  • verilmiş kommersiya və məhsul vədləri;

  • timeline;

  • gözləntilər;

  • risklər;

  • onboarding planı;

  • növbəti expansion ehtimalları.

“Closed Won” statusu prosesin sonu deyil. Bu, şirkətin müştəri qarşısında öhdəlik götürdüyü andır. Satış zamanı verilən vəd onboarding komandasına tam ötürülmürsə, müştəri ilk gündən şirkətin daxili koordinasiya problemini yaşamağa başlayır.

3. CRM və RevOps — database yox, orchestration layer

Bir çox şirkətdə CRM iki məqsədlə istifadə edilir:

  1. Rəhbərlik satışları izləsin;

  2. Əməkdaşlar məlumat daxil etsin.

Bu yanaşmada CRM komanda üçün əlavə inzibati yükə çevrilir. Satış əməkdaşı sistemdə işləmək əvəzinə Excel, WhatsApp, email və şəxsi qeydlərdən istifadə edir. CRM isə həftənin sonunda rəhbərlik üçün “doldurulan” database olur.

Revenue Architecture daxilində CRM-in rolu daha genişdir.

CRM aşağıdakıları təmin etməlidir:

  • vahid customer və account profili;

  • lifecycle stage;

  • lead və opportunity ownership;

  • routing qaydaları;

  • cavablandırma SLA-ları;

  • əlaqə və fəaliyyət tarixçəsi;

  • opportunity stage və exit criteria;

  • next action;

  • quotation və approval prosesi;

  • onboarding handoff;

  • renewal və expansion trigger-ləri;

  • customer health siqnalları;

  • itirilmiş satış səbəbləri;

  • forecast və pipeline visibility;

  • marketinq, məhsul və xidmət sistemləri ilə inteqrasiya.

CRM yalnız system of record deyil. O, eyni zamanda system of action və müəyyən səviyyədə system of intelligence rolundadır.

Salesforce-un 2026 State of Sales araşdırmasında satış əməkdaşlarının müqavilələri bağlamaq üçün orta hesabla səkkiz alətdən istifadə etdiyi göstərilir. AI istifadə edən satış rəhbərlərinin 51%-i bir-birindən ayrı texnoloji sistemlərin AI təşəbbüslərini yavaşlatdığını bildirir. Eyni araşdırmada satış komandalarının 74%-nin data hygiene məsələsini prioritetləşdirdiyi qeyd olunur.

Burada əsas problem alətlərin sayından daha dərindir.

Müştəri haqqında həqiqət müxtəlif sistemlərdə parçalanır:

Marketing Automation onun hansı email-i açdığını bilir.

CRM hansı görüşün keçirildiyini bilir.

Product Analytics hansı funksiyadan istifadə etdiyini bilir.

Billing hansı ödənişi etdiyini bilir.

Customer Support hansı problemin açıq qaldığını bilir.

POS və ya ERP nə aldığını bilir.

Amma bu sistemlər bir-biri ilə danışmırsa, şirkətin heç biri müştərini bütöv şəkildə tanımır.

Braze də CRM qeydləri, tətbiqdaxili davranış, alış tarixçəsi və POS əməliyyatlarının müxtəlif sistemlərdə parçalandığını; mobil tətbiq, veb və loyalty card istifadəçisinin vahid profil altında birləşdirilməsinin omnichannel idarəetmə üçün əsas olduğunu vurğulayır.

CRM-in məqsədi məlumat saxlamaq deyil. Növbəti düzgün qərarın verilməsi üçün konteksti qorumaqdır.

4. Product — feature istehsal edən komanda yox, dəyərin reallaşdığı sistem

Marketinq müştəriyə gələcək dəyər haqqında vəd verir.

Sales həmin dəyərin müştərinin ehtiyacına uyğun olduğunu əsaslandırır.

Amma dəyər yalnız Product və xidmət təcrübəsi daxilində reallaşır.

Bu səbəbdən Product revenue prosesinin sonrakı mərhələsində yerləşən texniki komanda deyil.

Product Revenue Architecture-in mərkəzindədir.

Məhsul aşağıdakı nəticələrə təsir edir:

  • acquisition;

  • conversion;

  • onboarding;

  • activation;

  • time-to-value;

  • engagement;

  • retention;

  • referral;

  • upsell;

  • support cost;

  • churn;

  • lifetime value.

Yaxşı məhsul yalnız mövcud müştəriləri saxlamır. O, marketinq prosesini asanlaşdırır, satış prosesini qısaldır, referral yaradır və qiymətə qarşı müqaviməti azaldır.

Zəif məhsul isə marketinq büdcəsini churn-u kompensasiya etmək üçün istifadə etməyə məcbur edir.

Amplitude-ın 10 mindən çox rəqəmsal məhsul üzrə benchmark analizində erkən activation ilə uzunmüddətli retention arasında güclü əlaqə müəyyən edilib. Yeddi günlük activation üzrə yüksək nəticə göstərən məhsulların 69%-i üç aylıq retention göstəricisində də yüksək nəticə göstərib. Araşdırmanın əsas nəticəsi sadədir: acquisition həcmi öz-özlüyündə retention yaratmır.

Buna görə marketinq kampaniyasının uğuru yeni istifadəçinin qeydiyyatdan keçməsi ilə bitməməlidir.

Əsl suallar bundan sonra başlayır:

İstifadəçi ilk dəyəri nə qədər sürətli gördü?

Onboarding-in hansı hissəsində dayandı?

Hansı feature-lərin istifadəsi retention ilə əlaqəlidir?

İlk əməliyyatdan ikinci əməliyyata qədər nə qədər vaxt keçir?

Hansı acquisition source-dan gələn istifadəçilər məhsul daxilində daha tez aktivləşir?

Satış zamanı verilən vədlərlə real məhsul təcrübəsi uyğun gəlirmi?

Product Analytics bu məlumatı yalnız Product komandasına göstərməməlidir.

Activation və usage siqnalları CRM-ə, Sales-ə, Customer Success-ə və Marketing Automation sisteminə ötürülməlidir.

Məsələn:

Müştəri kritik funksiyanı aktivləşdirməyibsə, Sales dərhal upsell təklifi göndərməməlidir.

İstifadəçi müəyyən feature-dan intensiv istifadə edirsə, uyğun expansion opportunity yaradıla bilər.

Yeni müştəri onboarding-də ilişibsə, avtomatik reklam və promo mesajları əvəzinə support və education journey-si başlamalıdır.

Məhsul istifadəsi azalırsa, bu siqnal renewal tarixindən bir ay əvvəl deyil, mümkün qədər tez görünməlidir.

Product retention yaratmırsa, Marketing boşluğu yeni acquisition ilə doldurmağa məcbur qalır. Bu isə growth deyil, bahalı dövriyyədir.

 

5. Analytics və Finance — hesabat hazırlayan yox, sistemi öyrədən qat rolundadır

Demək olar ki Azərbaycandakı bütün şirkətlərdə analitika baş vermiş hadisələri izah edir:

  • keçən ay neçə lead oldu;

  • neçə müqavilə bağlandı;

  • hansı kampaniya daha çox klik gətirdi;

  • satış planı neçə faiz icra olundu;

  • neçə istifadəçi churn etdi.

Bunlar vacibdir. Amma Revenue Architecture üçün kifayət deyil.

Analitika dörd növ suala cavab verməlidir:

Nə baş verdi?

Descriptive analytics.

Niyə baş verdi?

Diagnostic analytics.

Nə baş verə bilər?

Predictive analytics.

Hansı qərarı verməliyik?

Prescriptive analytics.

Əgər dashboard yalnız göstəriciləri nümayiş etdirir, amma qərarı dəyişmir, o, idarəetmə sistemi deyil.

Revenue Analytics aşağıdakı datanı birləşdirməlidir:

  • marketing spend;

  • lead və account source;

  • pipeline;

  • sales conversion;

  • pricing və discount;

  • product usage;

  • onboarding;

  • support;

  • billing;

  • retention;

  • expansion;

  • margin;

  • cash collection;

  • customer lifetime value.

Finance bu modeldə sadəcə büdcəni təsdiqləyən şöbə deyil.

Finance və kommersiya komandaları birlikdə aşağıdakı anlayışları razılaşdırmalıdır:

  • revenue;

  • booked revenue;

  • recognized revenue;

  • gross margin;

  • contribution margin;

  • CAC;

  • payback period;

  • customer lifetime value;

  • pipeline value;

  • weighted pipeline;

  • incremental revenue;

  • expansion revenue;

  • churn;

  • retention.

Marketing bir rəqəm, Sales başqa, Finance isə üçüncü rəqəm göstərirsə, şirkətdə data problemi ilə yanaşı, idarəetmə dili problemi var.

Front-office və back-office datasının inteqrasiyasının müştəri davranışını, satış trendlərini və əməliyyat bottleneck-lərini birlikdə görməyə, resursları daha düzgün bölüşdürməyə və bazar dəyişikliklərinə daha sürətli reaksiya verməyə imkan verir.